Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-23,
Seanews
Heyder Eliyev

“MSC Cruises” daha iki sərnişin gəmisi sifariş edib

“MSC Cruises” şirkəti Fransanın “Chantiers de l'Atlantique” gəmiqayırma zavodu ilə daha iki kruiz gəmisinin – “World Class” seriyasında beşinci və altıncı gəminin tikintisinə dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, əvvəlki sifarişlər nəzərə alınmaqla, “MSC Cruises”-in donanması bu seriyanın altı laynerindən ibarət olacaq.

Bundan əvvəl şirkətin donanmasına hazırda Şimali Amerika kruiz bazarında fəaliyyət göstərən “MSC World Europa” və “MSC World America” gəmiləri daxil edilib.

Seriyanın üçüncü və dördüncü gəmiləri “Saint-Nazaire” tərsanəsində tikilir.  “MSC World Asia” və “MSC World Atlantic” adlı bu laynerlər  sifarişçiyə çatdırılması 2026 və 2027-ci illərə planlaşdırılır.

Seriyanın kruiz laynerlərinin hamısı LNG ilə işləmə qabiliyyətinə malik iki yanacaqlı mühərriklərlə təchiz edilir. Sayca beşinci və altıncı gəmilər müvafiq olaraq 2029 və 2030-cu illərdə istismara hazır olacaq.

Qeyd edək ki, bu yaz “MSC World America” gəmisi ilk səfərinə çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır