Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

“Trafigura” üçün tikiləcək gəmilər həm adi dizel yanacağı, həm də ammonyakla işləyəcək

Sinqapurda yerləşən “Trafigura” şirkəti Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” şirkətinin törəməsi “HD Hyundai Mipo” ilə ammonyakla işləyə bilən və ikiyanacaqlı mühərriklərlə təchiz ediləcək 4 orta tonluq qaz daşıyıcısının tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun mətbuat xidməti məlumat yayıb.

“HD Hyundai Mipo” 2026-cı ilin ikinci yarısında “Trafigura” şirkəti üçün modifikasiya olunmuş tankerlərin tikintisinə başlayacaq. Gəmilər 2028-ci ildən sifarişçiyə təhvil veriləcək. “Trafigura” gəmiçilik şirkəti qaz daşıyıcılarından həm mayeləşdirilmiş neft qazının, həm də ammonyakın daşınması üçün istifadə edəcək.

Uzunluğu 190 metr, eni 30,4 metr, hündürlüyü 18,8 metr olan hər bir tanker ümumi tutumu 45 min kubmetr olan dörd yük çəni ilə təchiz ediləcək. Gəmilər həm adi dizel yanacağı, həm də ammonyakla işləyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır