Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

Avropanın ilk tam elektrikli yedək gəmisi istifadəyə verilib

"Antverpen-Brügge" limanında Avropanın ilk tam elektriklə işləyən yedək gəmisi – “Volta 1” istifadəyə verilib. Bu təşəbbüs limanın 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq strategiyasının tərkib hissəsidir.

"Seanews.az" xəbər verir ki, yeni nəsil yedək gəmisi “Damen Shipyards Group” ilə əməkdaşlıq çərçivəsində inşa olunub.

70 ton dartma gücünə malik olan gəmi 2 782 MWh tutumlu batareyaları sayəsində fasiləsiz 12 saat işləyə bilir. Üzən vasitə  1,5 MW gücündə doldurma stansiyasında cəmi 2 saata tam enerji ilə təmin olunur.

Gəmi daha əvvəl istifadəyə verilmiş hidrogenlə işləyən “Hydrotug” və metanolla işləyən “Methatug” ilə birlikdə "Antverpen-Brügge"-nin çoxyanacaqlı liman strategiyasının bir hissəsidir.

“Antverpen-Brügge” limanının baş direktoru Jak Vandermeiren bildirib ki, “Volta 1” limanın davamlı texnologiyaların əməliyyatlara inteqrasiyası istiqamətində atdığı addımlardandır.

Antverpen şəhərinin vitse-meri və limanın İdarə Heyətinin sədri Yohan Klaps qeyd edib ki, bu təşəbbüs limanın 150 illik tarixində simvolik və strateji əhəmiyyət daşıyır.

Damen şirkətinin Benelüks üzrə satış meneceri Vinsent Maes isə qeyd edib ki, təqdim edilən elektrik yedək gəmisi limanın davamlılıq hədəflərinə töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır