Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-17,
Seanews
Heyder Eliyev

3000 metr dərinlikdə sualtı kabellər çəkə biləcək “Monna Lisa” gəmisi istismara verilib

Finlandiyada İtaliyanın “Prysmian” qrupu üçün inşa edilən kabelçəkən gəminin adlandırılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Uzunluğu 171 metr olan gəmiyə “Prysmian Monna Lisa” adı verilib.

Gəminin 7 min və 10 min ton ağırlığında sualtı kabel üçün iki karusel, hibrid akkumulyator sistemi və dizel generatorlarla təchiz olunduğu bildirilir. “Prysmian Monna Lisa” istənilən dənizdə 3000 metr dərinlikdə sualtı kabellər çəkə biləcək.

2028-ci ilədək ixtisaslaşdırılmış “Prysmian” gəmilərinin sayı 8-ə çatmalıdır. Ümumilikdə, İtalyan qrupu 2018-ci ildən bəri donanmanın genişləndirilməsinə təxminən 850 milyon avro sərmayə qoyub.

Bundan əlavə, Finlandiyada dəyəri 200 milyon avrodan çox olan sualtı kabel istehsalı zavodunun gücünün artırılması layihəsi başa çatdırılıb. Bu müəssisə də “Prysmian” qrupuna məxsusdur. Zavodun gücü gündə təxminən 1 km kabeldir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır