Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-16,
Seanews
Heyder Eliyev

Göyərtə kranları ilə təchiz edilmiş yeni gəminin yük anbarının tutumu 81,5 min kubmetrdir

Yaponiyanın “Tsuneishi Shipbuilding” zavodunda metanolla işləyən və iki yanacaqlı mühərriklə təchiz edilmiş dünyanın ilk “Ultramax” toplu daşıyıcısı olduğu iddia edilən gəminin təhvil verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, “TESS66 AEROLINE” (“TESS66”) adlı yük daşıyıcısının dedveyti 65,7 min ton, göyərtə kranları ilə təchiz edilmiş yük anbarının tutumu isə 81,5 min kubmetrdir.   

Metanoldan istifadə adi bunker yanacağı ilə işləyən gəmilərlə müqayisədə azot oksidlərinin emissiyalarını 80%, kükürd oksidlərini 99% və karbon qazını 10%-ə qədər azaldacaq.

Qeyd edək ki, 1917-ci ildə yaradılmış “Tsuneishi Shipbuilding” quru yük gəmilərinin, konteynerdaşıyanların, tankerlərin tikintisi və onların təmiri üzrə ixtisaslaşıb. Əsas fəaliyyət istiqamətləri ilk növbədə gəmiqayırma və dəniz nəqliyyatı ilə bağlı olan “Tsuneishi Group”-un bu aparıcı şirkətinin Yaponiyada (“Tsuneyşi” zavodu və baş ofisi Fukuyamada), Filippində və Çində istehsal müəssisələri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır