Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

20 göyərtəli laynerin şəlaləsi də olacaq

Dünyanın ən böyük kruiz gəmisi "Icon of the Seas of Royal Caribbean International"-ın dəniz sınaqlarının birinci mərhələsi başa çatıb. Dörd günlük sınaq səfərində gəmi yüksək keyfiyyətlər nümayiş etdirib.

“Seanews.az” “ xəbər verir ki, Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda inşa edilən gəmini qarşıda növbəti -  sınaqlarının ikinci mərhələsi gözləyir.

Kruiz gəmisinin ilk səfəri gələn ilin yanvarına planlaşdırılır.

“Royal Caribbean” laynerin tikintisinə 2021-ci ildə başlayıb.

“Titanik”dən beş dəfə böyük olan 20 göyərtəli gəminin uzunluğu 365 metr, çəkisi 250 000 tondan artıqdır.

2350 heyət üzvü olacaq laynerin 17 metrlik şəlaləsi, “soyuq” və “həyəcan adaları”, yeddi üzgüçülük hovuzu, 40 restoran və əyləncə məkanı və sair var.

Layner göyərtəsinə 7600 sərnişini qəbul edəcək. Gələn il Mayamidə başlayacaq Şərqi və Qərbi Karib dənizi üzrə yeddi günlük turun qiyməti adambaşına 2497 dollardan başlayır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır