Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Sifariş edilən gəmilərin 44%-i alternativ yanacaqla işləyə biləcək

Gəmiçilik sənayesi tədricən daha təmiz yanacağa keçidini davam etdirir. Belə ki, 2023-cü ilin birinci yarısında sifariş edilən gəmilərin 44%-i alternativ yanacaqla işləmək imkanına malik iki yanacaqlı mühərriklərlə təchiz olunacaq.

“Clarkson Research”-in son araşdırmasında belə deyilir.

O cümlədən, 2023-cü ilin yanvar-iyun aylarında verilmiş 62 gəmi tikintisi sifarişi əsas bunker yanacağı kimi metanoldan istifadəni nəzərdə tutur. Hələlik mayeləşdirilmiş təbii qazla işləyən gəmilər birinci yerdədir - 86 sifariş.

İki yanacaqlı mühərriklərin təmin edildiyi gəmilərin arasında konteynerdaşıyanlar üstünlük təşkil edir. İlin birinci yarısında alternativ yanacaqdan istifadə etmək imkanı ilə 100-dən çox konteyner gəmisi sifariş edilib.

Ən böyük sifarişçilərdən biri “Evergreen Marine” şirkətidir. Onun üçün iki yanacaqla işləyən 24 konteyner gəmisi tikilir və yanacaq kimi metanoldan istifadə edilməsi planlaşdırılır.

“Maersk” gəmiçilik şirkəti həm aşağı kükürdlü mazut, həm də yaşıl metanolla işləyə bilən altı 9000 TEU iki yanacaqlı konteyner gəmisi sifariş verməklə donanmasını genişləndirəcək. Bu gəmilərin 2026 və 2027-ci illərdə “Maersk”-ə təhvil verilməsi planlaşdırılır.

Mütəxəssislərin fikrincə, sənayenin dekarbonizasiya prosesi enerjiyə qənaət edən texnologiyaların qəbuluna və donanmanın yenilənməsinə təsir göstərməyə davam edəcək.

“İlin birinci yarısında dünya donanmasının dedveyti 39 milyon ton və ya 1,7% artaraq 2,3 milyard tona çatıb. Dünya donanmasının ümumi dəyəri isə 1,4 trilyon dollara yaxınlaşır. Hazırkı sifarişlərin dəyəri isə 350 milyard dollara çatır”, - “Clarkson Research”-in idarəedici direktoru Stiv Qordon bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır