Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Maersk”-in metanolla işləyəcək konteyner gəmilərinin sayı 25-ə çatacaq

“Maersk” metanolla işləyəcək altı konteyner gəmisinin inşasını sifariş verib.

“SeaNews”-in məlumatına görə, Çinin “Yangzijiang Shipbuilding Group” gəmiqayırma zavodunda inşa ediləcək konteyner gəmiləri  2026-2027-ci illərdə mərhələli şəkildə istismara veriləcək.

Tutumu 9000 TEU olan konteyner gəmiləri iki yanacaqlı mühərriklərlə təchiz ediləcək, adi gəmi yanacağı və metanolla işləyəcəklər.

“Maersk”, eyni tutumlu köhnə konteyner gəmilərini əvəz edəcək yeni  9000 TEU-luq  gəmilərin istixana qazı emissiyalarını ildə 450 min ton azaldacağına ümid bəsləyir.

Xatırladaq ki, “Maersk” metanolla işləyən 2,1 min TEU tutumlu ilk konteyner gəmisini 2021-ci ildə sifariş etmişdi. Sonra şirkət gəmilərin yalnız ekoloji cəhətdən təmiz yanacaqla qurulması prinsipinə əməl etdi. Bu konteyner gəmisi planlaşdırıldığı kimi cari ilin payızınadək istismara veriləcək.

Tutumu 9000 TEU olan gəmilərlə “Maersk”-in metanolla işləyəcək konteyner gəmilərinin sayı 25-ə çatacaq.  

Seanews.az

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır