Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Adora Magic City” laynerinin tikinti işləri 93 faiz yerinə yetirilib

“Adora Magic City” laynerinin 2023-cü ilin sonunda istifadəyə verilməsi gözlənilir.

“Seanews.az”  Çin Dövlət Gəmiqayırma Korporasiyası “CSSC”-yə daxil olan “Shanghai Waigaoqiao Shipbuilding Co., Ltd” şirkətinə istinadən xəbər verir ki, ölkənin öz istehsalı olan ilk kruiz gəmisində tikinti işləri 93 faiz, daxili bəzək işləri isə 85 faiz yerinə yetirilib.

Uzunluğu 323,6 metr, eni isə 37,2 metr olan kruiz gəmisinin lüks otel, kinoteatrlar və akvaparkı olacaq. Layner 6,5 mindən çox sərnişini qəbul edə biləcək.

Gəmi sifarişçiyə təhvil verildikdən sonra o, Şanxaydan Yaponiyaya və Cənub-Şərqi Asiyaya üzəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır