Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Asyad Shipping” iki müasir LNG tankeri sifariş edib

“Asyad Shipping” şirkəti (“Asyad Group”-a daxildir, Oman) Cənubi Koreyanın  “Hyundai Samho Heavy Industries” gəmiqayırma zavodunda iki böyük beşinci nəsil qaz daşıyıcısının tikintisini sifariş verib.

“Seanews.az”-ın məlumatına görə, mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri yüksək davamlılıq və səmərəlilik standartlarına uyğun dizayn edilib.

Hər tankerin tutumu 174 min kubmetr olacaq. Müqavilənin şərtlərinə əsasən, gəmilər 2026-cı ildə sifarişçiyə təhvil veriləcək.

“Asyad Group” öz donanmasını müxtəlif məqsədlər üçün 72 tankerə çatdırmağı planlaşdırır ki, bu da qlobal bazarda LNG daşınması və enerji logistikası xidmətlərinə tələbatın gözlənilən artımını qarşılayacaq”, – “Asyad Group” bildirib.

Qeyd edilir ki, 2025-2026-cı illərdə LNG istehsalı və yanacağın ixracı üçün yeni böyük gəmilər istifadəyə veriləcək. Bu iki LNG tankerinin istismara verilməsi “Asyad Group”-un inteqrasiya olunmuş enerji logistikası təminatçısı kimi mövqeyini gücləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır