Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-29,
Seanews
Heyder Eliyev

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Suraxanı” gəmi-muzeyini ziyarət edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Həmçinin ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə həmin dildə keçirilib. 

Ukraynanın xarici işlər naziri “Suraxanı” gəmi-muzeyinin "Fəxri qonaqlar" kitabında ürək sözlərini qeyd edərək, ekskursiyadan məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır