Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-07,
Seanews
Heyder Eliyev

“MOL” suyun müqavimətini azaltmaq üçün “Flowsmart” texnologiyasına sərmayə qoyur

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) xətti gəmiçiliyi ABŞ-ın “13 Mari” şirkətinin hazırladığı gəmilərin hərəkəti zamanı suyun müqavimətini və istixana qazı emissiyalarını azaldan “Flowsmart” texnologiyasının inkişafına sərmayə qoyur.

“Seanews.az” xəbər verir ki, Amerika şirkəti təyyarələrin qanadı formalarında və avtomobillər üçün aerodinamik hissələrdə istifadə olunan texnologiya əsasında “Flowsmart” elementlərini hazırlayıb. Bu elementlərin gəminin gövdəsinin hər iki tərəfində quraşdırılması gəminin hərəkəti zamanı suyun müqavimətini və son nəticədə yanacağın da sərfiyyatını azaltmağa imkan verəcək.

“Flowsmart”-dan istifadənin cəlbediciliyi bir də ondan ibarətdir ki, gövdənin modernləşdirilməsi prosesi gəmi istismardan çıxarılmadan həyata keçirilə bilər və layihənin özü böyük kapital qoyuluşu tələb etmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır