

Titanik”də yazılan məktub rekord qiymətə satı
Amerikalı iş adamı Oskar Holversonun 1912-ci ilin 13 aprelində “Titanik” gəmisində qələmə aldığı məktub hərraca çıxarılıb. Hərrac zamanı məktub 126 min avroya satılıb. Holverson anasına yazdığı məktubda məşhur gəmini belə təsvir edib: “Gəmi çox böyükdür, saray kimidir”. Holverson məktubunda ABŞ-ın ən zəngin insanlarından biri olan Con Yakob Astordan da bəhs edib: “Milyonlarla pulu olmasına baxmayaraq, digər insanlara bənzəyir. Hər kəslə birlikdə göyərtədə oturur”. Qeyd edək ki, “Titanik” batarkən O.Holverson 500-dən çox insanla birlikdə həlak olub. Holversonun cəsədi tapılanda isə onun cibindəki kitabın arasından sözügedən məktub çıxıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır