

ım ildə Bakıda 19 milyon ton neft, 8,8 milyard kubmetr qaz hasil ol
Bu ilin birinci yarısında Bakıda xam neftin hasilatı 19 milyon 73,2 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qazın istehsalı isə 8 milyard 856,2 milyon kubmetr təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb. Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma sektorunda istehsal olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır