

varda SOCAR-ın Kulevi terminalından 0,1 mln. ton neft və neft məhsulu nəql ol
SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalı cari ilin yanvarında 0,1 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən verilən xəbərə görə, yanvarda Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 1,4 mln. ton yük emal edib. Belə ki, Poti limanında 0,6 mln, Batumi limanında 0,3 mln, Supsa neft terminalında isə 0,4 mln. ton yük emal olunub. Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 34 585 ədəd təşkil edib. Bu da 2017-cı ilin eyni dövrü ilə müqayisədə 316 ədəd çoxdur. Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır