

eron yarımadasının dayazsulu hissəsində 3 ölçülü məlumatların interpretasiyası və emalı b
Abşeron yarımadasının dayazsulu hissəsində 3 ölçülü məlumatların interpretasiyası və emalı yekunlaşıb. Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin 4-cü rübündə yekunlaşıb. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır