Samsun limanında yük-sərnişin gəmisi yanıb
Samsun limanında dayanan Ro-Ro tipli “Firuze G” (Palau bayrağı) yük-sərnişin gəmisi yanıb.
“Portnews.ru” Türkiyənin “Türkiye Today” nəşrinə istinadən xəbər verir ki, yanğın maşın şöbəsində baş verib.
Yanğının lokallaşdırılmasına və söndürülməsinə yanğınsöndürmə briqadaları, polis və Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Departamentinin əməkdaşları və xeyli texnika cəlb olunub. Yanğın tamamilə söndürülüb. 33 heyət üzvünün hamısı gəmidən vaxtında təxliyə edilib.
Samsun valisi Orxan Tavlinin sözlərinə görə, yanğına nasaz generator səbəb ola bilər.
Uzunluğu 150 metr, eni 21 met olan “Firuze G” Ro-Ro gəmisi 1979-cu ildə sərnişinlərin və vaqonların daşınması üçün tikilib. Sonuncu səfəri Tuapsedən Samsuna olub.
“Seanews.az”