Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-16,
Seanews
Heyder Eliyev

Kolombo inkişaf baxımından digər dünya limanlarını geridə qoyur

Şri-Lankanın Kolombo limanının konteyner dövriyyəsi 2024-cü ilin sonuna kimi 1,5 milyon TEU ola bilər.  

“Sinxua” agentliyi Şri-Lanka Limanlar İdarəsinin sədri Keyt D.Bernarda istinadən belə məlumat yayıb.

2024-cü ilin birinci rübündə limanda aşırılmış konteynerlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 48% artaraq 652,7 min TEU təşkil edib. Liman administrasiyası hesab edir ki, yüklərin həcminin və Kolombo limanına gəmi yanalmalarının sayının sürətli artımı mövcud problemə görə daha çox gəminin Süveyş kanalı və Qırmızı dənizdən yayınmaları ilə izah olunur. Kolombo Yaxın Şərq, Cənubi və Şərqi Asiyaya çıxışı təmin edən əlverişli tranzit məntəqəsidir. İnfrastrukturun inkişafı layihələrinin həyata keçirilməsi və artan yük axınlarının idarə edilməsi üçün atılan addımlar mühüm rol oynayıb. O cümlədən, administrasiya Çindən 12 körpü kranı sifariş edib.

“Alphaliner” analitik platforması aylıq icmalında qeyd edib ki, Kolombo 2024-cü ilin birinci rübünün nəticələrinə əsasən, dünyada limanlar arasında ən yaxşı artım göstərib – 23,6%. İkinci yeri 23,3%-lə ABŞ-ın Lon Biç limanı, üçüncü yeri 22,7%-lə Malayziyanın Tanjunq Pelepas limanı tutub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır