Liepaya limanının yük dövriyyəsi artıb
2024-cü ilin yanvar-iyun aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 3,7 milyon tona çatıb.
Liman administrasiyasından “PortNews”-a verilən məlumata görə, taxıl aşırılması 3,5% artaraq 1,68 milyon ton təşkil edib.
Hesabat dövründə limanda tikinti materiallarının aşırılması 20,2% azalaraq 275,7 min tona, neft məhsullarının işlənməsi 20,7% azalaraq 126 min tona düşüb. Meşə materiallarının aşırılması 50% artaraq 275,7 min tona çatıb.
Limanın konteyner dövriyyəsi 2,95 min TEU olub ki, bu da 56% artım deməkdir.
Liman vasitəsilə daşınan sərnişinlərin sayı 64% artaraq 42,9 min nəfər olub. Limana 700 gəmi yan alıb ki, bu da nəzərdə tutulduğundan 3% azdır.
Qeyd edək ki, Liepaya limanı 1990-cı illərdə SSRİ Hərbi Dəniz Qüvvələrinin bazasının yerində yaradılmışdır. 2023-cü ildə limanın yük dövriyyəsi 7,2 milyon ton təşkil edib.
“Seanews.az”