Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

Yəmən sahillərində Britaniya gəmisinə hücum edilib

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatlarını Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib. Məlumata görə, insident Moxa limanı yaxınlığında baş verib.

APA-nın məlumatına görə, bu barədə idarənin yaydığı sənəddə deyilir.

"UKMTO Yəmənin Moha şəhərindən 35 dəniz mili cənubunda baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - deyə məlumatda bildirilir.

Hadisənin özü UKMTO tərəfindən "hücum" kimi qiymətləndirilib, hələlik əlavə təfərrüatlar yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır