Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Övladı şəhidlik zirvəsinə ucalan ASCO əməkdaşları ziyarət olunublar

Novruz bayramı ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Vətən müharibəsində övladı şəhidlik zirvəsinə ucalan əməkdaşları ziyarət ediblər.

Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığı vurğulanıb, onlar haqqında xoş təəssüratlar bölüşülüb. Bildirilib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin, eləcə də Azərbaycan Dəniz Nəqliyyati İşçiləri Həmkarlar İttifaqi Respublika Komitəsinin əməkdaşları ziyarət zamanı şəhid ailələrinin gündəlik qayğıları ilə də maraqlanıblar. Həmçinin, onlara ASCO ailəsi adından zəruri bayram ərzaqlarından ibarət sovqat təqdim ediblər.

Görüşlərdə iştirak edənlər xalqımızı Novruz bayramı münasibətilə təbrik edib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, həssas təbəqədən olan şəxslər ASCO-da daim diqqət mərkəzində saxlayır. Şirkət Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu kateqoriyadan olanlara yönəlik mütəmadi olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır