Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

lu insan – Ələsgər Hac

Ələsgər Məmmədhüseyn oğlu Hacıyev 1918-ci il aprelin 28-də İçərişəhərdə dünyaya göz açıb. Atası Məmmədhüseyn Hacıyev tanınmış hüquqşünas, anası Bikə xanım Mirağayeva seyid nəslinin nümayəndəsi olub. Mehriban ailədə altı  övlad – iki oğlan və dörd qız böyüyüb. Uşaqlıqdan kitaba, elmə böyük həvəs göstərən Ələsgər Hacıyev 132 №-li orta məktəbi müvəffəqiyyətlə bitirərək, Azərbaycan Sənaye İnstitutuna daxil olub. İnstitutun son kursunda oxuyarkən başlayan Böyük Vətən müharibəsi gənc Ələsgərin həyatında sərt dönüş yaradır. Təhsilini başa vuran kimi, 1941-ci ilin dekabrında Moskvaya – Zirehli Tank və Mexanikləşdirilmiş Qoşunlar Akademiyasına gedərək, hərbi mühəndis-mexanik ixtisası üzrə tezləşdirilmiş iki illik kursları bitirir. Bundan sonra Ələsgər Məmmədhüseyn oğlu Birinci Ukrayna cəbhəsinin zirehli tank qoşunları tərkibində Berlinə kimi şərəfli döyüş yolu keçir. Stalinqrad şəhərinin və Qafqazın müdafiəsində, Berlinin alınmasında göstərdiyi igidliyə görə orden və medallara layiq görülür. Ələsgər Hacıyev baş leytenant rütbəsində ordudan tərxis edildikdən sonra elmi və pedaqoji fəaliyyətlə məşğul olur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetində işlədiyi zaman namizədlik dissertasiyasını müdafiə edir. Müdafiədən bir qədər keçmiş dərin biliklə yanaşı, fəallığı və işgüzarlığı ilə seçilən alimə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakıda filialını təşkil etmək həvalə edilir. O zaman respublika iqtisadiyyatının aparıcı sahəsi olan dəniz nəqliyyatında ali savadlı mütəxəssislərə kəskin ehtiyac  vardı. Ələsgər Hacıyev  gərgin əmək və böyük təşkilatçılıq qabiliyyəti tələb edən bu işin öhdəsindən bacarıqla gəlir və sözügedən tədris ocağının fəaliyyətə başladığı 1958-ci ildən etibarən 26 il ərzində əvəzedilməz dekanı olur, yüksəkixtisaslı kadrların hazırlanması üçün əlindən gələni əsirgəmir. Təmkini və tələbkarlığı ilə seçilən Ələsgər müəllim hədsiz dərəcədə vətənpərvər, alicənab, səmimi və həssas qəlbli insan kimi kollektivdə böyük nüfuz və hörmət sahibi olur. Həmin müddətdə adıçəkilən təhsil ocağını 3 minə yaxın gənc bitirir və Xəzər Dəniz Gəmiçiliyinin  tərəqqisinə sanballı töhfələrini verirlər. Onlardan çoxu öz uğurlu işi ilə vəzifə pillələrində sürətlə irəliləyir. Ömrünü şərəflə, ləyaqətlə yaşayan, gənclərin dərin bilik almaları üçün var gücü ilə çalışan Ələsgər Hacıyev 1993-cü ildə haqq dünyasına qovuşsa da, xatirəsi bu gün də böyük ehtiramla yad edilir, nəcib əməllərindən məhəbbətlə söz açılır. Sevda Abdullayeva, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır