Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

TTM-də keçirilən budəfəki təlimin iştirakçıları arasında xanım dənizçi də var

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində (TTM)  keçirilən “DP Simulator” təliminin budəfəki dincləyiciləri arasında ilk dəfə xanım dənizçi də olub. Elizya Cansu Aydöre adlı xanım dənizçi təlimə Türkiyədən gəlib.

O, İstanbul Texnik Universitetini Dəniz nəqliyyatı və idarəetmə mühəndisliyi üzrə bitirib. Bir çox Avopa ölkələrində çalışıb. Hazırda “Chemfleet Ship Management”-də kapitanın 2-ci köməkçisi işləyir.

Elizya Cansu Aydöre bir həftəlik kursu müvəffəqiyyətlə bitirib. Təlimin sonunda ona sertifiat təqdim olunub.

Qeyd edək ki, ASCO-nun Azərbaycan  Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi Böyük Britaniyanın  “The Nautical İnstitute” təşkilatı tərəfindən akkreditasiya verilmiş dünyada  “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır