Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Bugündən ADDA-nın magistraturasına daxil olan tələbələrin qeydiyyatı başlayıb

Bugündən Azərbaycan Dövlət Dəniz Akademiyasının magistraturasına qəbul olmuş tələbələrin qeydiyyatına başlanılıb.

Sənədlər 2019-cu il 27 iyun-10 iyul tarixlərində şənbə və bazar günlərindən başqa, hər gün saat 09:00-1700-dək ADDA-nın əsas binasında qəbul edilir.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

Diplom və diploma əlavənin əsli və surəti (notarial qaydada təsdiq olunmuş);

2019-cu ilin məzunları üçün Universiteti bitirmələri haqqında arayış;

3x4 ölçüdə 4 ədəd fotoşəkil;

Məcburi köçkünlər üçün özlərinin və valideynlərinin məcburi köçkünlük haqqında sənədlərinin əsli və surəti (notarial qaydada təsdiq olunmuş);

Azərbaycan Dövlət Dəniz Akademiyası üzrə 2019/2020-ci tədris ilində magistratura təhsil səviyyəsinə qəbul olunan ödənişli əsaslarla təhsilalan magistrantlar valideynləri ilə bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların sənədlərinin surətləri (notarial qaydada təsdiq olunmuş);

Ödənişli əsaslarla qəbul olunmuş magistrantlar üçün təhsil haqqının ödənilməsi barədə ödəniş qəbzinin surəti;

İş nömrəsi;

Şəxsi kabinetin istifadəçi adı (FİN);


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır