Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADK tələbələri 5 ay müddətində gəmidə təcrübə keçəcəklər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində (ADK)  “Gəmi sürücülüyü”, “Gəmi energetik qurğularının istismarı” və “Elektrik təchizatı” ixtisasları üzrə təhsil alan 37 tələbə “General Əsədov” sərnişin gəmisində təcrübəyə göndərilib.

Təcrübənin ilk günündə tələbələrə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının (XDND) Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları“Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatı keçiblər.

Tələbələrin təcrübə müddəti 16 fevral-5 iyul tarixlərini əhatə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır