Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyində yanğın təhlükəsizliyinə dair təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.  

Təlimin əsas məqsədi baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına nail olmaqdır. 

Təlim zamanı fövqəladə hadisələr zamanı işçi heyətin davranışı, insanların və digər vasitələrin təxliyəsi qaydaları izah olunub. Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə metodları əyani olaraq göstərilib. 

Tədbir müzakirələrlə davam edib, mütəxəssislər gəmi-muzeyin əməkdaşlarının suallarını cavablandırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır