Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA tələbələri arasında intellektual yarış keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda qabiliyyətli və istedadlı gənclərin müəyyənləşdirilməsi üçün “Breyn Ring” intellektual yarışı keçirilib.

Yarış  “Gəmi sürücülüyü” fakültəsinin və ADDA-da fəaliyyət göstərən tələbə təşkilatlarının təşəbbüsü ilə təşkil edilib.

İntellektual yarışda hər birində beş iştirakçı olmaqla altı komanda mübarizə aparıb. İştirakçıların bilik və bacarıqlarını nümayiş etdirdikləri,  gərgin, maraqlı, aktiv rəqabət şəraitində keçən yarışda "Mexanik" komandası qalib gəlib. "Pantalas" və "Vaqabond" komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. 

Qeyd edək ki, ADDA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır