Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-11,
Seanews
Heyder Eliyev

ord qıran gəmilər – Sİ

Dünyada elə üzən vasitələr var ki, onlar öz kateqoriyalarında rekorda malikdirlər. Həmin gəmilər çox nəhəng olduğuna görə  bəzi kanal və boğazlara girə bilmirlər. Təqdim etdiyimiz siyahıda 7 gəmi var. Onlardan beşi yeni istismara verilsə də, ikisi artıq fəaliyyətini başa vurub. Ən Uzun Gəmi Prelude FLING – Uzunluğu 488, eni 74metr, dedveyti 600 000 tondur. Gəmi 2013-cü ildə suya salınıb. İndiyədək hazırlanmış ən böyük üzən vasitədir. Göyərtəsində 5 futbol meydançası və 175 olimpiya hovuzunu yerləşdirmək mümkündür. Gəminin təyinatı da fərqlidir.  “Prelude FLING”-i təbii qazın çıxarılması və sıxılması işini yerinə yetirən dünyanın ilk üzən fabriki də adlandırırlar. Ən Böyük Tanker Seawise Giant – Uzunluğu 458,45, eni 68,86 metr, dedveyti 564 763 tondur. Tanker böyüklüyünə görə Ginnesin Rekordlar kitabına daxil edilib. Ən Böyük Konteyner Gəmisi MOL Triumph –  Uzunluğu 400, eni 58,8, hündürlüyü 32,8 metrdir, tutumu 20,150 TEU-ya bərabərdir. Gəmi 2017-ci ildə inşa edilib. Ən Böyük Tikinti Gəmisi Pioneering Spirit – Uzunluğu 382, eni 124 metrdir. Üzən vasitə ilə  eyni anda 2,5 Eyfel qülləsinə bərabər yükü qaldırmaq mümkündür.  Bundan bşqa, gəmi dənizlərdəki neft və təbii qaz platformalarını 8 saniyə içərisində qaldırma özəlliyinə malikdir.  İsveçrənin “Allseas”şirkətinin dizayn etdiyi inşaat gəmisi özəl olaraq iri neft və qaz platformalarının montaj və sökülməsi, ağır boru xətlərinin döşənməsi üçün layihələndirilib. Ən Böyük Layner Symphony of the Seas – Dünyanın ən böyük sərnişin gəmisidir. 16 göyərtəyə sahib olan gəminin ağırlığı 230 min tondur. Ümumi sərnişin tutumu 5400 nəfərdir.  O, hətta bir zamanlar dünyanın ən böyük gəmisi hesab edilən Titanikdən tam üç dəfə böyükdür.   Ən Böyük Quru Yük Gəmisi Vale Brasil – Uzunluğu 362, eni 65 metr, dedveyti 402 347 tondur. 2010-cu ildə suya buraxılıb.  USS Enterprise (CVN-65) –  Dünyada ilk və yeganə nüvə mühərrikli təyyarə daşıyan gəmidir. Gəminin uzunluğu 342, eni 78,4 metrdir. Bu göstərici ilə dünyada olan ən uzun hərbi gəmisi adına sahib idi. Onun hazırlanması 451 milyon dollara başa gəlmişdi. Bu səbəbdən 5 ədəd istehsalı nəzərdə tutulan hərbi gəmidən yalnız 1-i hazırlanmışdı. Gəmi bir sıra müharibələrdə yer alıb. Eyni zamanda Kuba böhranın həllində rol oynayıb. USS Enterprise  1961-ci ildə xidmətə başlayıb və 55 il ABŞ donanmasında tərkibində olub.  Gəmi son səfərinə 2012-ci ildə çıxıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır