Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-10,
Seanews
Heyder Eliyev

nyanın ən yeni adasında həyat əlamətlərinə rast gəl

Sakit okeanın Polineziya adaları qrupuna aid Tonqa yaxınlığında dörd il əvvəl sualtı vulkanın partlaması nəticəsində yaranan ada quş və çiçəklərə ev sahibliyi etməyə başlayıb.  Bu barədə adaya səfər edən elm adamları məlumat veriblər.  Tonqalı geoloq və NASA alimləri tərəfindən reallaşdırılan səfərdə mütəxəssislər müxtəlif quş və bitki növlərinə rast gəlib. Bitki örtüyünün qonşu adalardan gələn quşların nəcisləri vasitəsilə yarandığı təxmin edilir. Dəniz quşları dünyanın ən yeni adasında yuva qurur, çoxalır, həmçinin ətrafdakı vadilərə səfər edirlər.  Xatırladaq ki, yeni adanın hələlik adı yoxdur. Tonqa Əmlak Nazirliyinin direktor müavini Taaniela Kula bildirib ki, adaya ad vermək məqsədilə aidiyyatı qurumlara müraciət ediləcək.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır