Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Dövlət qurumları arasında keçirilən futbol turnirində ASCO növbəti qələbəsini qazanıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən II minifutbol turniri davam edir.

D qrupunda mübarizə aparan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) komandasının bu dəfə rəqibi Mərkəzi Bankın futbolçuları olub.  Bu qarşılaşmada ASCO-nun futbolçuları fərqlənməyi bacarıblar. Onlar  7-3 hesabı ilə rəqiblərinə qalib gəliblər.

Bununla da, komandamız yarış ərzində 6-cı qələbəsini qazanıb.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə təşkil edilən yarışda 52 dövlət qurumu mübarizə aparır. Turnir 2024-cü il mayın 6-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır