Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Maersk”-in Hindistandakı anbarında mühafizədən idarəçiliyədək bütün işləri qadınlar görürlər

“Maersk” gəmiçilik şirkəti Hindistanın Dadri şəhərində konteyner yükləmə stansiyasında yeni anbar açıb. Bu, bütün əməliyyatların yalnız qadınlar tərəfindən həyata keçirildiyi ilk anbardır. Qadınların hamısı yaxınlıqdakı kəndlərdə yaşayır.

“Biz ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sektorda qadınlar üçün imkanlar yaratmaq istəyirdik. 2021-ci il siyahıyaalınmasına görə, Dadridə ümumi əhalinin yalnız 6%-i qədər işləyən qadın var və bizim komandamız vəziyyəti yaxşılaşdırmağa töhfə vermək arzusunda idi”, - deyə “Maersk South Asia”-nın icraçı direktoru Vikaş Agarval bildirib.

Dadridəki yeni anbar sentyabrın 23-də açılıb və 84 qadın mühafizədən tutmuş anbarın tam idarəçiliyinə qədər bütün işləri öz üzərinə götürüb.

Anbar işinin öhdəsindən gələ biləcək  qadınları tapmağa və öyrətməyə xeyli vaxt sərf olunub. “Hətta bəzən bizə elə gəlirdi ki, istədiyimizə nail ola  bilməyəcəyik”, - “Maersk Depot”-un meneceri Sudip Şivaradjan deyib.

 

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır