Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

nizçilərin yorğunluğunu aradan qaldırmaq üçün texnologiya hazırla

Avstraliyada yerləşən “BHP Billiton” şirkəti gəmidə çalışanların yorğunluğuna yönəlik tədbirlər görməyin vacibliyinə diqqət çəkib. Şirkət nümayəndələri  texnologiyanın köməkliyi ilə “yorğunluq idarəetmə sistemi”nin yaradılmasını təklif ediblər.   “BHP Billiton”-nun apardığı üç illik araşdırmanın nəticəsinə görə,  altı aydan çox çəkən səfər gəmi adamlarının yorğunluğunu artırır, yuxu pozğunluğuna səbəb olur və ən əsası motivasiyanı azaldır. Bu da gəmidə qəza riskini yüksəldir. Peşə həyatının böyük hissəsini quru yük gəmilərində brokerlik və sığortaçılıq edən Mark Van Mael  “Care4C.com” adında layihəyə ortaq olub.  Layihə cihazlar və alqoritmik məlumatların analizləri əsasında işləyəcək. Bu cihazın gəmi adamlarının yorğunluğunu müəyyənləşdirməklə yanaşı, problemi  həll etmək imkanı da olacaq. Van Mael düşünür ki, texnologiyanın köməkliyi ilə gəmidəki bir çox qəzanı əngəlləmək də mümkün olacaq. Bunun üçün əvvəlcə bio-izləmə sayəsində yuxu keyfiyyəti, ürək-damar sağlamlığı və stress həddi müəyyənləşdiriləcək. Sonra məlumatlar əsasında hesabat hazırlanacaq. Qəza ehtimalını müəyyənləşdirmək üçün həmin hesabata alqoritmlər tətbiq ediləcək. Maelə  görə,  bu texnologiya yaxşı bir gəmi sahibini digərlərindən ayırmaq üçün də unikal vasitə olacaq.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır