Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Filiz daşıyan balker rotor yelkənləri ilə təchiz edilib

Yaponiyanın gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”) və Braziliyanın dövlət şirkəti “Vale International” “Capesize” balkerinin hərəkət sisteminin modernləşdirilməsini başa çatdırıb: yük daşıyıcısı Finlandiyanın “Norsepower” şirkəti tərəfindən hazırlanmış iki rotorlu yelkən sistemlə təchiz edilib.

“Seanews.az” xəbər verir ki, yeni sistemin istifadəsi ilə Braziliya - Uzaq Şərq marşrutu üzrə yanacaq sərfiyyatı və istixana qazı emissiyaları 6%-dən 10%-ə qədər azalacaq.

Yelkənlərin ölçüləri 5 metrdən 35 metrə qədərdir. Köməkçi külək sürətləndiriciləri bu ölçülü yükdaşıyıcıda ilk dəfə quraşdırılır.

200 min ton yükgötürmə qabiliyyətinə malik “Camellia Dream” balkeri “Vale” ilə bağlanmış müqavilə çərçivəsində dəmir filizi daşıyır. Modernləşdirmədən sonra gəmi ilk səfərini Braziliyanın Ponta da Madeyra limanına edib.

 “Mitsui O.S.K. Lines” (“MOL”, Tokio) 441 şirkətdən ibarət multimodal nəqliyyat qrupudur. Qrupun donanmasına ümumi dedveyti 50,7 milyon ton olan müxtəlif tipli 697 gəmi daxildir.

1942-ci ildə Braziliya hökuməti tərəfindən əsası qoyulan “Vale Do Rio Doce” (2007-ci ildən – “Vale S.A.”) böyük şaxələndirilmiş metallurgiya, mədənçıxarma və logistika şirkətidir. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. Korporasiyanın elektrik enerjisi sektorunda da aktivləri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır