Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

“APM Terminals Pecém”-ə qoyulan investisiyaların həcmi 48 milyon dolları ötüb

Yaxın aylarda Braziliyanın Pesiem limanındakı “APM Terminals Pecém” terminalı yükləri aşırmaq üçün üç portal (RTG) və bir böyük sahil kranı (STS) alacaq.

“Seanews.az” xəbər verir ki, terminal ölkədə bol məhsul istehsal olunduğunu nəzərə alaraq böyük həcmdə ixrac meyvələrinin aşırılmasına hazırlaşır.

Pecem limanı Braziliyanın meyvə ixracatçıları üçün əsas aşırılma mərkəzlərindən biridir. 2022-ci ildə aşırılma həcminin 470 min TEU təşkil edəcəyi ehtimal olunur.

Ən böyük liman və terminal operatoru olan “APM Terminals”  şirkəti “A.P. Moller Maersk A/S”-in tərkibinə daxildir. Şirkət dəniz limanlarının və terminalların layihələndirilməsi, tikintisi, idarə edilməsi və istismarı ilə məşğuldur. Son 10 ildə “APM Terminals Pecém”-ə qoyulan investisiyaların həcmi  48 milyon dolları ötüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır