Dünyanın LPG ilə işləyən ilk balkerinin tikintisi planlaşdırılır
Yaponiyanın “İmabari” Gəmiqayırma zavodu dünyada maye qaz (LPG) ilə təchiz edilmiş ilk “Capesize” adlı balkerin (toplu daşıyıcı) inşasını planlaşdırır.
"Seanews.az" xəbər verir ki, “Mitsubishi Shipbuilding” şirkəti ilə birlikdə hazırlanan iki yanacaqla çalışan mühərrikin konsepsiyası artıq “ClassNK” təsnifat cəmiyyəti tərəfindən təsdiq edilib.
Bu tip gəminin üstünlüklərindən biri qazın buxarlanmasını aradan qaldırmasıdır. Gəmi otaq temperaturu və yüksək təzyiq altında LPG ilə çalışır. Bu da gəminin işini asanlaşdırır. Bundan əlavə, gəmi paslanmayan polad və kriogen izolyasiya kimi aşağı temperaturlu materialların istifadəsini aradan qaldıraraq xərcləri azaltmaq üçün planlaşdırılıb.
Ötən ilin dekabrında “DNV GL” təsnifat cəmiyyətinin və “MAN” mühərrik istehsalçısının apardığı araşdırmaya əsasən, enerji daşıyıcısı kimi LPG-yə olan tələbat LNG qədərdir.