Volqa-Balt boyunca tranzit naviqasiya xətti açılıb
Volqa-Baltda 2020-ci ilin tranzit naviqasiya xəttinin açılış mərasimi keçirilib.
Xəttin açılışı Nijne-Svirskiy şlüzündən keçib Volqa çayı istiqamətinə üzən “Bavlı” tankeri tərəfindən həyata keçirilib.
Nijne-Svirski şlüzündə təmir işləri aparılıb, üst darvazaları dəyişdirilib. Gəmiləri qəbul etməyə hazırlaşan gəmi operatorlarının xahişi ilə, naviqasiya xətti rəsmi açılışdan 5 gün əvvəl açıldı. Xəttin açılışı aprelin 30-na planlaşdırılırmışdı.
Nijne-Svirski şlüzü 1936-cı ildən bu günə kimi istismardadır. Şlüz Volqa-Baltın əsas girişi və ən qısa yoludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır