Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

ABŞ-də Baltimorda körpünün uçması ilə bağlı cinayət işi açılıb

Federal Təhqiqatlar Bürosu (FTB) Merilend ştatının Baltimor şəhərində konteyner gəmisinin körpüyə çırpılmasından sonra dağılması ilə bağlı cinayət işi açıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

ABŞ administrasiyası daha əvvəl Merilend ştatında körpünün uçmasına görə məsuliyyət daşıyan tərəfləri məsuliyyətə cəlb etmək niyyətində olduğunu bəyan etmişdi.

Xatırladaq ki, martın 26-da Sinqapur bayraqlı konteyner gəmisi “Dali”nin Baltimordakı Frensis Skott Key adına körpüyə çırpılmasından sonra çökmüşdü.

Baltimorda bir körpünün uçması səbəbindən liman əməliyyatlarının dayandırılmasından itkilər gündə təxminən 9 milyon dollar qiymətləndirilir. Əvvəllər bildirildiyi kimi, aprelin sonuna kimi Baltimor limanında gəmilərin hərəkəti qismən bərpa oluna bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır