Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Rotterdam limanının donanması alternativ yanacaqla təmin olunacaq

Rotterdam Limanı İdarəsi (PRA) “VARO Energy Group” ilə liman donanmasının gəmiləri və liman radar stansiyaları kimi fövqəladə hallar obyektlərini təmiz yanacaqla təmin etmək üçün yeni müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə limanın mətbuat xidməti məlumat yayıb.

Müqavilənin imzalanması yanacaq tədarükçüsü tərəfindən müqavilə üzrə açıq tenderdən sonra baş tutub. “VARO” məhsulları seçim zamanı ən yaxşısı olub.

Rotterdam limanı 2018-ci ildən öz donanması üçün “VARO HVO100” (100% su ilə təmizlənmiş bitki yağı) yanacağından istifadə edir. Bu bioyanacaq tekoloji cəhətdən təmiz materiallardan hazırlanıb və onun istifadəsi adi dizel yanacağı ilə müqayisədə karbon dioksid emissiyalarını 89% azaltmağa kömək edir.

Bioyanacaq istənilən nisbətdə adi dizel yanacağı ilə qarışdırıla bilər və bütün müasir dizel mühərriklərinə yarıyır.  Bu səbəbdən təmizlənmiş bitki yağı karbon emissiyalarını azaltmaq üçün çox əlçatan və qənaətcil sayıla bilər.

Qeyd edək ki, Rotterdam Limanı İdarəsi 2025-ci ildən başlayaraq sıfır emissiyaya nail olmaq məqsədilə gəmiləri tədricən aşağı karbonlu yanacağa çevirmək üçün proqram həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır