Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

miş gəminin quldurlar tərəfindən ələ keçirildiyi məlum

Yunanıstanın bir neçə gündür itkin düşmüş “Pantelena” tankeri avqustun 14-nə keçən gecə dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmi kapitanı Laşi Qadelinin sözlərinə görə, quldurlar 17 Gürcüstan və 2 Rusiya vətəndaşından ibarət heyət üzvlərini 9 gün girov saxlayıblar. “Gəmini həmin vaxt mənim köməkçim idarə edirdi, onu silahla təhdid edərək tankeri qaçırıblar. Quldurlar bütün heyət üzvlərini bir kayuta salıblar və 9 gün orada saxlayıblar”, — deyə o telefon vasitəsi ilə Gürcüstanın İctimai Televiziyasına bildirib. Kapitanın sözlərinə görə, quldurlar dənizçilərə zərər yetirməyiblər və onları avqustun 23-də azad ediblər. Bununla belə, kapitan onların hansı şərtlər müqabilində sərbəst buraxıldıqlarını açıqlamayıb. Gəmi avqustun 14-də Qabon sahillərində itib. Avqustun 23-də Mərkəzi Afrika Respublikasının dəniz idarəsi peyk vasitəsi ilə gəmini aşkar edib. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır