Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

nyada bir ilk: LNG ilə işləyən kruiz gəmisi dənizd

Dünyanın ilk mayeləşmiş təbii qaz, yəni LNG yanacağı ilə işləyən kruiz gəmisi suya salınıb.  “Seanews.az” xəbər verir ki, gəmi Almaniyanın Papenburq şəhərində “Meyer Werft” tərsanəsində tikilib. Bu, “Aıda” əyləncə kruiz gəmisi seriyasına daxil olan 13 gəmidən biridir. Növbəti dövrdə daha altı ədəd bu tip gəmi istehsal olunacaq.  “AIDAnova”nın bir həfətlik turlarda istifadə olunacağı və Portuqaliyanın Madeyra bölgəsi ilə Kanar, Lanzarote və Fuerteventura kimi lüks tətil adaları arasında xidmət göstərəcəyi bildirilir. “AIDAnova” 337 metr uzunluğa, 42 metr  enə malikdir. Onun suya oturumu 8.8 metrdir. 1500 nəfərlik heyətə malik olan gəminin ümumi çəkisi 183 min 900 tondur və 5200 sərnişin daşıya bilir. Gəminin inşaı 2015-ci ildən başlamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır