Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Petrofac” Şimal dənizindəki aktivlərini 292 milyon dollara sa

Böyük Britaniyanın “Petrofac” şirkəti Şimal dənizindəki aktivlərini 292 milyon dollara satır. Bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, Britaniyanın Şimal dənizində neft və qaz operatoru olan “Ithaca Energy” şirkəti “Petrofac”ın “Greater Stella Area” layihəsindəki səhmlərinin 20 faizini alır. “Petrofac” törəməsi “Petrofac GSA Holdings Limited”in “Ithaca Energy”yə 292 milyon dollara satışına dair iki şirkət arasında müqavilə imzalanıb. “Petrofac” bildirib ki, satınalma əməliyyatının 2019-cu ilin birinci rübündə başa çatması gözlənilir. “Ithaca Energy”nin məlumatına görə, “Greater Stella Area” ərazisində 30 milyon barreldən çox təsdiqlənmiş və ehtimal olunan neft ehtiyatı var. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır