Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Yaponiya “Ak Bars” gəmiqayırma korporasiyasına qarşı sanksiyalar tətbiq edib

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. “Ak Bars” gəmiqayırma korporasiyası ixraca məhdudiyyət qoyulan şirkətlər siyahısına daxil edilib. Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin siyahısı Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

“Seanews.az”-ın məlumatına görə, Yaponiya tərəfindən görülən tədbirlər 17 fiziki və 78 hüquqi şəxsin aktivlərinin (ölkədə aşkar edildiyi təqdirdə) dondurulması və 80 təşkilatın ixracına məhdudiyyətləri nəzərdə tutur.

Xatırladaq ki, 2023-cü ilin fevralında Yaponiya növbəti sanksiyalar paketi çərçivəsində 48 fiziki şəxs, 73 təşkilat və “Rosbank”-a münasibətdə aktivlərin dondurulması şəklində məhdudiyyətlər tətbiq edib. 21 təşkilata qarşı ixrac məhdudiyyəti qoyulub. Sanksiya siyahısına “Vımpel” gəmiqayırma zavodu, “Baltiyski” zavodu, “Admiralty” gəmiqayırma zavodları, “Rubin” Mərkəzi layihə-Konstruktor Bürosu, “Zvezdoçka” Gəmi Təmir Mərkəzi də daxildir.

“Ak Bars” gəmiqayırma korporasiyası 10 mindən çox işçisi olan sənaye müəssisə və təşkilatlarını birləşdirir. Fəaliyyət istiqamətinə layihə, gəmiqayırma, gəmi təmiri, təlim və xidmət sahələri və sair daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır