Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Samsung Heavy Industries” öz işinin bir hissəsini rəqiblərinə verir

Kadr çatışmazlığı ilə üzləşən Cənubi Koreyanın “Samsung Heavy Industries” gəmiqayırma şirkəti böyük sifariş qovluğunun öhdəsindən gəlmək üçün işin bir hissəsini Çin tərsanələrinə verməyə məcbur qalıb.

Bu barədə “Splash” xəbər verib.

Beləliklə, “Samsung Heavy” iki Çin tərsanəsi, o cümlədən “Hengli Shipbuilding” (keçmiş “STX Dalian”) ilə “Evergreen” üçün 15 min TEU tutumlu konteyner gəmilərinin gövdələrinin tikintisi üzrə subpodrat işlərinə dair müqavilə imzalayıb.

Qeyd edək ki, bütün dünyada gəmiqayırma imkanları 2026-cı ilə qədər sifarişlər əsasında bölüşdürülür. Mütəxəssislərin fikrincə, çatışmazlıqla bağlı vəziyyəti əvvəllər bağlanmış gəmiqayırma zavodlarının fəaliyyətinin bərpası ilə düzəltmək olar.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır