Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Günəşli” yatağında hasilatın artırılması üçün yeni layihə reallaşdırıl

SOCAR-da “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company” şirkətinin hazırladğı “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib. İclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, “McKinsey&Company;” şirkətinin layihə rəhbəri Otto van der Molen, eləcə də, hər iki şirkətin məsul mütəxəssisləri iştirak ediblər. İclas zamanı  “Mayak” layihəsi barədə ətraflı məlumat verilib, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb. “McKinsey&Company” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7 faiz artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb. Qeyd edilib ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır