Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Günəşli” yatağındakı platformada aparılan yenidənqurma işləri b

SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən ”Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanıb. SOCAR-dan bildirilib ki, DDÖ-də əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib. Belə ki, 4 ədəd quyu şaxtası və 4 ədəd istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementlənmə işləri icra olunub. Yeni monifold blokunun yığılması, texnoloji xətlərin çəkilməsi, qazpaylayıcı qurğunun quraşdırılması və mövcud sistemlə əlaqələndirilməsi işləri görülüb. Yenidənqurma işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Tikinti-quraşdırma prosesi başa çatdıqdan sonra obyekt üzrə Dövlət Qəbul Komissiyası keçirilib və istismara təhvil verilib. Qeyd edək ki, yeni 4 quyunun hər biri üzrə sutkada 80 ton neft və 10.000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır