Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

klia dərin dəniz limanı Azərbaycan və Qazaxıstanın mövqeyini möhkəmlədə

Gürcüstanda tikintisi davam edən və ümumi dəyəri 2,5 milyard dollar olan Anaklia dərin dəniz limanı qədim İpək yolu marşrutunda Azərbaycan və Qazaxıstanın mövqeyini möhkəmlədəcək. Bunu Anadolu agentliyinə müsahibəsində Anaklia konsorsiumunun baş direktoru Keti Boçorişvili söyləyib. Onun sözlərinə görə, bu liman ildə 100 min ton yükdaşıma imkanına malik olacaq. İlkin mərhələsi 2020-ci ildə başa çatdırılacaq layihə İpək yolunu canlandıracaq layihələrin Gürcüstan qolunu təşkil edir. Konsorsiumun baş direktoru diqqətə çatdırıb ki, hazırda dəniz dibinin dərinləşdirilməsi işləri başa çatıb və 9 mərhələdən ibarət olan layihənin ilk mərhələsi 660 milyon dollara başa gəlib. O qeyd edib ki, liman 10 min və daha çox konteyner daşıyan gəmiləri qəbul etmək imkanına malik olacaq. İstanbul boğazından keçən bütün gəmilər bu limana daxil ola biləcək.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır