Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

varda Azərbaycanda yük daşımalarının həcmi 2% ar

2019-cu ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 17,1 mln. ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 2,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yük daşımalarının strukturunda 78,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar ayında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb. Hesabat dövründə dəmir yolu ilə 1,2 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,3% çoxdur. Dəniz nəqliyyatı ilə 524,5 min ton, avtomobil nəqliyyatı ilə 9,9 mln. ton, hava nəqliyyatı ilə 18 min ton müxtəlif yük daşınıb. Yanvar ayında daxili neft kəmərləri vasitəsilə 3 mln. 435,9 min ton neft (azalma 3%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.  “İnterfaks-Azərbaycan” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır