Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ıda Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizi ilə bağlı məsələlər müzakirə edilə

Türkmənistanın Baş nazirin nəqliyyat və rabitə məsələləri üzrə müavini Mammetxan Çakıyev Azərbaycana səfər edəcək. Səfərdə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizi ilə bağlı məsələlər müzakirə ediləcək. Qeyd edək ki, bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi, daha sonra dəhliz Xəzər vasitəsilə Bakı və Tbilisidən keçməklə Türkiyəyə, oradan isə Avropaya uzadılacaq. Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizinin yaradılması ilə bağlı saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını yüksəltməyə və ticarət həcmini xeyli dərəcədə genişləndirməyə yönəlib. Lapis–Lazuli Route beynəlxalq nəqliyyat dəhlizi Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu nəqliyyat dəhlizi geniş geoiqtisadi məkanda, o cümlədən Mərkəzi və Cənubi Asiyada, Xəzər, Qara dəniz, Aralıq dənizi hövzələrində əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır