Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

var-aprel üzrə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi məlum

2018-ci ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 17 mln. 70,9 min ton təşkil edib.  Bu da 2017-cı ilin analoji dövrünün göstəricisindən 0,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. TRACECA çərçivəsində yüklərin 3 mln. 992,5 min tonu və ya 23,4%-i dəmir yolu nəqliyyatı, 10 mln. 580,9 min tonu və ya 62%-i avtomobil nəqliyyatı, 2 mln. 497,5 min tonu və ya 14,6%-i dəniz nəqliyyatının payına düşüb. Hesabat dövründə TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 3 mln. 419,9 min ton və ya 20% tranzit yüklərin payına düşüb. 2017-ci ilin yanvar-aprel ayları ilə müqaysədə azalma 1,3% təşkil edib. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır