Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun perspektivləri müzakirə ol

İranın paytaxtı Tehran şəhərində  “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun işçi qrupunun növbəti görüşü keçirilir. Görüşdə İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarının nümayəndələri iştirak edirlər. Azərbaycanı tədbirə “Azərbaycan Dəmir Yolları”QSC  ilə yanaşı “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan ərazisi üzrə operator şirkəti  “ADY Express” MMC-nin nümayəndələri təmsil edirlər. Aparılan danışıqlar zamanı “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun perspektivləri və həyata keçirilən infrastruktur layihələr diqqət mərkəzində olub. Tərəflər eyni zamanda marşrutun rəqabətliliyinin artırılması istiqamətində görülən işlər haqqında müzakirələr apararaq, yükdaşıma tariflərinin optimallaşdırılmasından  danışıblar. Görüşdə “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin fəaliyyəti də müzakirə mövzusu olub. Koordinasiya komitəsinin işçi qrupunun yaradılması və həmin qrupun mütəmadi  görüşlər keçirərək, yaranan problemlərin aradan qaldırılması ilə məşğul olacağı qərara alınıb. İclasda “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunda test qatarının göndərilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər də diqqət mərkəzində olub. İşçi qrupu Hindistan – İran Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Polşa – Avropa istiqaməti üzrə daşımalar mexanizminin təkmilləşdirilməsi və marşruta yeni yüklərin cəlbi yollarını araşdırıblar.  Sabah isə Tehranda işçi qrupunun üzvlərinin marşrutdan istifadə edə biləcək potensial müştərilərlə görüşü nəzərdə tutulub. İşçi qrupunun iclası 2 gün davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır